<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>280</hymn_number>
<lyrics>[V1]
 Ağarmış tarlalar dənizə bənzəyir,
 Yetişmış buğdalar yerə səpələnir.
 Oradan yalnız küləyin səsi gəlir,
 Əyilmiş bellərsə, heç gözə dəymir.

[C1]
   Tələsin artıq tarlaya, biçinçilər, siz,
   Tarlanın sahibinə hesabat verəcəksiz.

[V2]
 Günəş hələ işıq saçır, isidir,
 İşçiləri tarlaya getməyə səsləyir.
 Nədənsə, oraya tələsən azdır,
 Tarlanın sahibini sevənlər azdır.

[V3]
 Hardadır işçilər, hazırlıq çox uzanır,
 Soyuq günlər artıq qapı ağzındadır.
 Düşünməyin nə vaxtsa rahat olacaq,
 Keçən günlər geri qayıtmayacaq.

[V4]
 Bəlkə, siz burda yalnız dünyanın bəhərini
 Biçmək üçün çalışıb, səy edirsiniz.
 Bəs Rəbbin məhsulunu, söyləyin, kim biçəcək?
 Onun xilas işinə səylə kömək edəcək?

[C2]
   Tələsin tarlaya, əziz dostlar, tələsin,
   Günün sonu çatır, artıq işə tələsin.
   Məsihin məhsulun yığın şövqlə, həvəslə.
   Tarlanın sahibini gözləyin sevinclə.</lyrics>
<title>Ağarmış tarlalar dənizə bənzəyir İL280</title>
</song>